Qelebə.az / Zemfira Meftahətdinova: “Dünya çempionatında 31 idmançımız mübarizə aparacaq”

Zemfira Meftahətdinova: “Dünya çempionatında 31 idmançımız mübarizə aparacaq”

15-08-2023, 14:11

“31 idmançımız yarışda mübarizə aparacaq. Onların arasında gənclər də olacaq”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.

O bildirib ki, Azərbaycanın gənc atıcıları bir sıra turnirlərdə medallar əldə ediblər: “Hər növdə idmançılarımız çıxış edəcəklər. Hamı kimi, onlar da birinci olmaq arzusundadırlar. Atıcılarımız üçün hər cür şərait yaradılıb”.

Qeyd edək ki, bu gün dünya çempionatının açılış mərasimi gerçəkləşəcək. Yarış sentyabrın 1-də başa çatacaq.

Geri qayıt