Qelebə.az / “Neftçi” “Beşiktaş”la keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib

“Neftçi” “Beşiktaş”la keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib

15-08-2023, 12:22

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la Türkiyədə keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib.

“QELEBE.AZ”un “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən məlumatına görə, avqustun 17-də “Beşiktaş” stadionunda təşkil olunacaq görüşdə iştirak etmək istəyən şəxslər klubla əlaqə saxlamalıdırlar.

Onlar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunadan izləyə biləcəklər. Həmin sektora bilet almaq istəyənlər “Neftçi” klubuna müraciət etməlidirlər.

Qeyd edək ki, Bakıda keçirilən ilk matçda İstanbul nəhəngi 3:1 hesablı qələbə qazanıb.

Geri qayıt