Qelebə.az / Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb

Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb

15-08-2023, 11:13

Yeniyetmə şahmatçılardan ibarət Azərbaycan millisi Niderlandın Eyndhoven şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

“QELEBE.AZ” xəbər verir ki, yığma bu dəfə Bolqarıstanı 3,5:0,5 hesabı ilə məğlub edib.

Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinovadan ibarət komanda Qazaxıstanla isə bərabərə qalıb – 2:2.

Qeyd edək ki, millimiz ötən gün yarışın ilk turunda Paraqvaya 4:0 hesabı ilə qalib gəlib.

Geri qayıt