Qelebə.az / Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

27-09-2022, 14:48

Bu il Qətərdə keçiriləcək futblol üzrə dünya çempionatının xərcləri 208 milyard avro təşkil edib.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu barədə yarışın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlamasında bildirib.

Fatma Əl-Nuaymi bu məbləğin Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsi olduğunu söyləyib: "Yeni yollar, metro, hava limanı, hotellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək gerçəkləşəcək.

Geri qayıt