Qelebə.az / Dünya Qadın Seriyası: Azərbaycan millisi mübarizəni dayandırıb, "Neftçi" ilk oyunda uduzub

Dünya Qadın Seriyası: Azərbaycan millisi mübarizəni dayandırıb, "Neftçi" ilk oyunda uduzub

14-08-2023, 17:42

Azərbaycanın 3x3 basketbolu üzrə milli komandası Polşada təşkil olunan Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni erkən dayandırıb.

"QELEBE.AZ"un məlumatına görə, qrupa düşmək uğrunda mübarizə aparan yığma ilk görüşündə İsrailə 7:21, ikinci oyunda isə Rumıniyaya 15:16 hesabı ilə uduzub.

B qrupunda qərarlaşan "Neftçi" isə ilk görüşündə İtaliya millisi ilə bacarmayıb - 10:13. Azərbaycan təmsilçisi növbəti matçını Bakı vaxtı ilə saat 18:55-də Litva seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Geri qayıt