Qelebə.az / Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək

14-08-2023, 11:36

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.

Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, o, D qrupunun qarşılaşmalarında meydana çıxacaq.

Estoniyanın ev sahibliyi edəcəyi bu qrupda mübarizə avqustun 16-da başlayacaq. Estoniya ilə yanaşı, Finlandiya, Fransa, Slovakiya, İspaniya və Niderland yığmaları D qrupda yer alıblar.

Geri qayıt