Qelebə.az / Azərbaycan millisinin sabiq futbolçuları məşqçi kursuna qatılıblar

Azərbaycan millisinin sabiq futbolçuları məşqçi kursuna qatılıblar

14-08-2023, 11:59

Azərbaycan millisinin sabiq futbolçuları məşqçi kursuna qatılıblar.

“QELEBE.AZ” xəbər verir ki, Ədəhim Niftəliyev, Rauf Əliyev, Hüseyn Məhəmmədov və Mətləb Məmmədov AFFA-nın təşkilatçılığı ilə UEFA B kursunda iştirak edirlər.

Milli assosiasiyanın Təhsil və Reabilitasiya mərkəzində keçirilən kursun I mərhələsi avqustun 17-dək davam edəcək. Məşğələlər təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə baş tutur.

UEFA B kursunun II modulu 11-14 sentyabrda təşkil olunacaq.

Geri qayıt