Qelebə.az / Avropa çempionatında 7 medal qazanan Azərbaycan paracüdoçuları Vətənə qayıdıblar

Avropa çempionatında 7 medal qazanan Azərbaycan paracüdoçuları Vətənə qayıdıblar

12-08-2023, 10:02

Niderlandın Rotterdam şəhərində Avropa paralimpiya çempionatında iştirak etmiş Azərbaycan paracüdoçuları Vətənə qayıdıblar.

"QELEBE.AZ"un məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri və yaxınları qarşılayıblar.

Qeyd edək ki, paracüdoçular qitə birinciliyini 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.

Geri qayıt