Qelebə.az / Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

26-09-2022, 23:46

"Sumqayıt"ın futbolçusu Todor Todoroski Şimali Makedoniya yığmasının heyətində evdə Bolqarıstana qarşı keçirilən UEFA Millətlər Liqasının C Divizionun VI tur oyununda meydandan qovulub.

"Report"un məlumatına görə, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

Hazırda matçda ikinci hissə oynanılır və hesab açılmayıb.

Qeyd edək ki, Todor Todoroski cari mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edir.

Geri qayıt