"Mən və komanda yoldaşlarım Vətənimizi layiqincə təmsil etməyə çalışdıq".
"QELEBE.AZ"un məlumatına görə, bunu Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanan Azərbaycan taekvondoçusu Minayə Əkpərova Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
46 kq-da fəxri kürsünün üçüncü pilləsinə qalxan idmançı yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Bizi çox yaxşı qarşıladılar. İdmançılar üçün hər cür şərait yaradılmışdı".
Görüşlərinin çox çətin keçdiyini söyləyən taekvondoçu Azərbaycana medalla qayıtdığı üçün sevincli olduğunu gizlətməyib: "Bundan sonra daha yaxşı nəticələr qazanmağa çalışacağıq".