Qelebə.az / Azərbaycan ağırlıqqaldıranı II MDB Oyunlarının qalibi olub

Azərbaycan ağırlıqqaldıranı II MDB Oyunlarının qalibi olub

9-08-2023, 15:41

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub.

“QELEBE.AZ”un məlumatına görə, idmançı 109 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib.

O, toplam 393 kq (177+216) nəticə ilə qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəkidə çıxış edən Əli Şükürlü isə 300 kq-lıq (130+170) göstərici ilə 5-ci yeri tutub.

Qeyd edək ki, Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında təşkil olunan ağır atletika növündə 150-dən çox idmançı mübarizə aparır.

Geri qayıt