Qelebə.az / Azərbaycanın futzal yığması MDB Oyunlarına böyükhesablı məğlubiyyətlə başlayıb

Azərbaycanın futzal yığması MDB Oyunlarına böyükhesablı məğlubiyyətlə başlayıb

7-08-2023, 22:45

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığması Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB oyunlarında ilk oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, milli komanda ev sahibləri ilə qarşılaşıb. Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 7:1.

U-19-un heyətində yeganə qolu Qüdrət Qasımzadə vurub.

Qeyd edək ki, Azərbaycan millisinin növbəti matçı avqustun 8-də Qırğızıstana qarşı olacaq.

Geri qayıt