Qelebə.az / Azərbaycanın basketbol yığması Avropa beşincisi olub

Azərbaycanın basketbol yığması Avropa beşincisi olub

6-08-2023, 14:28

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası Bakıda keçirilən Avropa çempionatının "C" divizionunda 5-ci olub.

"Report"un məlumatına görə, 5-9 -cu yerlər uğrunda mübarizədə sonuncu oyununa çıxan yığma "Sərhədçi" İdman Mərkəzində San Marino ilə qarşılaşıb və rəqibinə 69:63 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final oyunu saat 20:00-da Monako və Cənubi Kipr yığmaları arasında keçiriləcək.

Geri qayıt