Qelebə.az / “Neftçi”nin “Beşiktaş”la oyunlarının vaxtı açıqlanıb

“Neftçi”nin “Beşiktaş”la oyunlarının vaxtı açıqlanıb

4-08-2023, 13:33

“Neftçi”nin Konfrans Liqasındakı növbəti oyunların vaxtı və yeri müəyyənləşib.

QELEBE.AZ saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Bakı klubunun “Beşiktaş”la avqustun 10-dakı ilk dueli “Bakcell Arena”da baş tutacaq. Matç saat 20:00-da başlayacaq.

Cavab görüşü avqustun 17-də keçiriləcək. İstanbuldakı “Beşiktaş Park”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Geri qayıt