Qelebə.az / AVF-nin əməkdaşı beynəlxalq turnirə təyinat alıb

AVF-nin əməkdaşı beynəlxalq turnirə təyinat alıb

3-08-2023, 13:22

Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşı Valeriya Romanoviç Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən keçirilən çimərlik voleybolu üzər Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Kartvela kubokuna təyinat alıb.

AVF-dən “QELEBE.AZ”a verilən məlumata görə, çimərlik voleybolu üzrə millinin meneceri Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq yarışda supervayzer kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, 3-6 avqustda gerçəkləşəcək beynəlxalq turnirdə Azərbaycan həm qadın, həm də kişi voleybolçularla təmsil olunacaq.

Geri qayıt