Qelebə.az / Fərid Qayıbov: "Hamımız "Qarabağ"dan qələbə gözləyirdik"

Fərid Qayıbov: "Hamımız "Qarabağ"dan qələbə gözləyirdik"

3-08-2023, 00:10

"Bu gün biz hamımız "Qarabağ"dan qələbə gözləyirdik".

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov özünün feysbuk səhifəsində yazıb.

"Qarabağ"ın Bakıda Polşa "Rakuv"u ilə 1:1 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşən nazir nəticəni belə şərh edib:

"Bu idmandır, təəssüflər olsun ki, uduzduq. Komandamıza növbəti mərhələdə uğurlar arzulayıram".

Qeyd edək ki, ilk oyunda rəqibinə 2:3 hesabı ilə uduzan "Qarabağ" iki görüşün nəticəsinə (3:4) əsasən Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam klubu mübarizəni Avropa Liqasında davam etdirəcək. "Köhlən atlar" turnirin III raundunda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.

Geri qayıt