Qelebə.az / Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşib

Avropa Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşib

2-08-2023, 22:54

"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"QELEBE.AZ"un məlumatına görə, Ağdam klubu bu raundda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab goyununda Norveç "Molde"sinə 0:2 hesabı ilə uduzan Helsinki təmsilçisi "köhlən atlar"a rəqib olub. İlk qarşılaşmada HİK qələbə qazanmışdı - 1:0.

Azərbaycan çempionu isə qitənin bir nömrəli klub turnirində Polşa "Rakuv"u ilə bacarmayıb. Səfər matçında 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda heç-heçəyə razılaşıb - 1:1.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.

Geri qayıt