Qelebə.az / “Qarabağ”ın sabiq qapıçısı: “Bu mövsüm nəhənglərin sırasına düşmək şansları çoxdur”

“Qarabağ”ın sabiq qapıçısı: “Bu mövsüm nəhənglərin sırasına düşmək şansları çoxdur”

2-08-2023, 12:47

“Qarabağ”ın bu mövsüm nəhənglərin sırasına düşmək şansı çoxdur”.

Bunu “QELEBE.AZ”a müsahibəsində “Qarabağ”ın sabiq qapıçısı Hannes Halldorsson komandanın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasındakı şanslarını dəyərləndirərkən deyib.

2018/2019 mövsümündə ağdamlıların formasını geyinmiş islandiyalının fikrincə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinin II təsnifat mərhələsində Polşa “Rakuv”una səfərdə məğlub olmasına (2:3) baxmayaraq, bunun əvəzini çıxacaq: “Hələ ötən mövsüm də “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşəcəyini təxmin edirdim, amma pley-offda uduzdular. Məncə, “Rakuv”la Bakıdakı görüşdə istəklərinə çatacaqlar. “Qarabağ” öz meydanında çox güclü oynayır. Üstəlik, Bakıda azarkeş dəstəyi də fərqli olur”.

Hannes Halldorssonun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Geri qayıt