“Bu gün burada olmağımıza şadıq. İki eyni gücə malik komandanın qarşıdurmasıdır”.
Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa deyib.
33 yaşlı mütəxəssis Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyununa həsr olunan mətbuat konfransına qatılıb. Şvarqa sabah baş tutacaq görüş barədə fikirlərini açıqlayıb: “Hər iki komanda özünəməxsus oyun stilinə malikdir. Yetərincə hazırlaşmışıq və sabah "Rakuv"un oyununu göstərməyə hazırıq. Hansı ki, biz bunu hər yerdə göstərmişik”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” matçı saat 20:00-da başlayacaq.