“Neftçi” daha bir transferini reallaşdırıb.
Klubdan apasport.az saytına verilən məlumata görə, braziliyalı sol vinger Andre Şinyaşiki ilə 2 illik müqavilə bağlanıb.
Mərkəz hücumçusu mövqeyində də oynayan 26 yaşlı futbolçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.