Qelebə.az / Avropa çempionatı: Basketbol üzrə Azərbaycan millisi Kipr yığmasına uduzub

Avropa çempionatı: Basketbol üzrə Azərbaycan millisi Kipr yığmasına uduzub

31-07-2023, 22:30

18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının "C" divizionunda növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, yığma A qrupundakı ikinci matçında Kipr seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 78:48 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin qrupdakı sonuncu görüşü Moldovaya qarşı olacaq. Avqustun 3-də keçiriləcək oyun saat 20:00-da baş tutacaq.

Geri qayıt