Qelebə.az / Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi finala yüksəlib

31-07-2023, 20:51

Azərbaycanın yunan-Roma güləşçisi Yusif Əhmədli Türkiyənin İstanbul şəhərində start götürən U-17 dünya çempionatında finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda özbəkistanlı İslambek Kərimcanova 12:4 hesabı ilə qalib gəlib. Həlledici görüşdə onun rəqibi Zaur Beslekoyev (AİN) olacaq.

48 kq-da çıxış edən Elnar Ziyadov və 80 kq-da mübarizə aparan Elmin Əliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqlar. Onlar müvafiq olaraq, Maksim Bradyak (AİN) / Haruka Şiina (Yaponiya) cütünün qalibi və Erik Matevosyan (Ermənistan) ilə qarşılaşacaqlar.

Qeyd edək ki, dünya çempionatı avqustun 6-dək davam edəcək.

Geri qayıt