Qelebə.az / AFFA-ya yeni mətbuat katibi təyin olunub

AFFA-ya yeni mətbuat katibi təyin olunub

31-07-2023, 17:26

AFFA-ya yeni mətbuat katibi təyin olunub.

Milli assosiasiyadan "Report"a verilən məlumata görə, bu vəzifədə Elnur Məmmədli çalışacaq.

Tanınmış telejurnalist bundan əvvəl “Futbol+”, "ANS", "AzTV" və “CBC Sport”da fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.

Qeyd edək ki, Elnur Məmmədli bu vəzifədə "Səbail"ə keçən Firuz Abdullanı əvəzləyib.

Elnur Məmmədli
Elnur Məmmədli
Geri qayıt