Qelebə.az / “Liverpul” Mbappeni heyətinə qata bilər

“Liverpul” Mbappeni heyətinə qata bilər

30-07-2023, 04:37

İngiltərənin “Liverpul”u Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappeni icarəyə götürmək istəyir.

“Report” xəbər verir ki, bu barədə “Mirror” yazıb.

Razılaşma PSJ-yə gəlir əldə etməklə yanaşı, 24 yaşlı hücumçunun yüksək maaşına qənaət etməyə imkan verəcək.

Nəşr onu da qeyd edib ki, PSJ rəhbərliyi Mbappenin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə danışıqlardan imtina etməsindən narazı qalıb. Belə ki, Ər-Riyad təmsilçisi parislilərə futbolçu üçün rekord məbləğ – 300 milyon avro ödəməyə hazır idi.

Geri qayıt