Qelebə.az / "Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ

"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ

30-08-2022, 11:30

"Qarabağ" klubu futbolçusu İbrahima Vadjinin Fransa "Sent-Etyen"inə keçidini açıqlayıb.

"QELEBE.AZ" "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən, Liqa 2 təmsilçisinə keçib.

Ona göstərdiyi xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. O, 3 illik sözləşməyə qol çəkib. Vadji yeni komandasında da 25 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Sent-Etyen" İbrahima Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

Pour bien démarrer la journée !

pic.twitter.com/Cg2CQcyIWl— AS Saint-Étienne (@ASSEofficiel) August 30, 2022
Geri qayıt