Qelebə.az / Beynəlxalq Şahmat Federasiyası: Günəşli Bakı Dünya Kubokuna hazırdır

Beynəlxalq Şahmat Federasiyası: Günəşli Bakı Dünya Kubokuna hazırdır

28-07-2023, 22:56

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı paylaşım edib.

"QELEBE.AZ"un məlumatına görə, postda "Günəşli Bakı Dünya Kubokuna hazırdır" sözləri yazılıb.

Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.

Geri qayıt