Qelebə.az / Riyad Mahrez "Mançester Siti"ni ərəb klubuna dəyişib

Riyad Mahrez "Mançester Siti"ni ərəb klubuna dəyişib

28-07-2023, 15:44

Əlcəzair millisinin futbolçusu Riyad Mahrez "Mançester Siti"dən ayrılıb.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasına keçib.

Təcrübəli oyunçunun Ciddə təmsilçisinə transferi 30 milyon funt sterlinqə başa gəlib.

Qeyd edək ki, Riyad Mahrez "Mançester Siti" 2018-ci ildə "Lester"dən keçmişdi.

Geri qayıt