Qelebə.az / Verratti karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır

Verratti karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır

28-07-2023, 13:49

Marko Verratti karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, italiyalı yarımmüdafiəçi “Əl-Hilal”la anlaşıb.

Tərəflər 3 illik müqaviləni razılaşdırıb. Transfer baş tutsa, Verratti ildə 48 milyon avro qazanacaq.

30 yaşlı futbolçunun keçidi üçün “Əl-Hilal”la PSJ arasında razılıq əldə olunmalıdır. Asiyalılar bunun üçün 50 milyon avro ödəməyə razıdır.

Qeyd edək ki, “Əl-Hilal” bu yay Ruben Neveş, Sergey Milinkoviç-Saviç və Kalidu Kulibali kimi ulduzları heyətinə qatıb.

Geri qayıt