Qelebə.az / Azərbaycan para-üzgüçüləri lisenziya xarakterli dünya çempionatına yollanıblar

Azərbaycan para-üzgüçüləri lisenziya xarakterli dünya çempionatına yollanıblar

28-07-2023, 12:51

Azərbaycan para-üzgüçüləri iyulun 31-də İngiltərənin Mançester şəhərində start götürəcək dünya çempionatına yollanıblar.

Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, avqustun 6-dək davam edəcək yarışda 3 idmançı mübarizə aparacaq.

Bunlar üçqat paralimpiya çempionu Raman Salei, paralimpiya çempionu Vəli İsrafilov və Könül Süleymanovadır.

Turnirdə ilk 2 yeri tutanlar 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.

Geri qayıt