Qelebə.az / Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

25-09-2022, 22:20

"Ardıcıl 3-cü qələbəmizi qazandıq. Xalqımızı sevindirdik. Onlar bu qalibiyyətləri çoxdan gözləyirdi".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi yaxşı oynadıqlarını bildirib: "Uğurlu nəticə əldə etdik. Sevindirici haldır ki, seçmə mərhələyə qələbə ilə yekun vurduq".

Geri qayıt