Qelebə.az / Azərbaycan millisinin futbolçusu "Atletiko"ya qol vurub

Azərbaycan millisinin futbolçusu "Atletiko"ya qol vurub

27-07-2023, 16:57

Cənubi Koreyanın "Tedjon Xana Sitizen" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk İspaniyanın "Atletiko" (Madrid) komandasına qol vurub.

"Report"un məlumatına görə, 25 yaşlı müdafiəçi K Liqasının ulduzlarından ibarət kollektivin Madrid təmsilçisi ilə keçirdiyi yoldaşlıq oyununda fərqlənib.

İkinci hissədə meydana daxil olan oyunçu 50-ci dəqiqədə La Liqa klubunun qapısına yol taparaq komandasının ilk qolunun müəllifi olub.

Qeyd edək ki, görüş cənubi koreyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Geri qayıt