Qelebə.az / Konfrans Liqası: "Fənərbağça" Moldova klubunu darmadağın edib

Konfrans Liqası: "Fənərbağça" Moldova klubunu darmadağın edib

26-07-2023, 23:57

Türkiyə "Fənərbağça"sı UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Moldova "Zimbru"sunu qəbul edib.

"Ülker" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı darmadağını ilə başa çatıb.

İlk qolu 11-ci dəqiqədə Ferdi Kadıoğlu vurub. Cəmi 3 dəqiqə sonra Rayan Kent ikinci topu rəqibin qapısından keçirib. 61-ci dəqiqədə Edin Dzeko qonaqları üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. 63-cü dəqiqədə Sebastian Şimanski fərqi bir az da artırıb. 88-ci dəqiqədə isə Coşua Kinq yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 1-də keçiriləcək.

Geri qayıt