Qelebə.az / "Neftçi" futbolçusunu yenidən icarəyə verib

"Neftçi" futbolçusunu yenidən icarəyə verib

26-07-2023, 18:39

"Neftçi" futbolçusu Xəyal Nəcəfovu yenidən "Turan Tovuz"a icarəyə verib.

Bölgə klubundan "QELEBE.AZ"a verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli oyunçu ötən mövsümü də icarə əsasında Tovuz təmsilçisində keçirib. Nəcəfov bu komandanın heyətində hamıdan çox – 34 oyunda meydana çıxıb. O, yeni mövsümdə də 10 nömrəli formanı geyinəcək.

Geri qayıt