Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın "Buriram Yunayted" klubu növbəti yoxlama oyununu keçirib.
"Report" xəbər verir ki, komanda Honkonqun "Kitçi" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma "Buriram Yunayted"in 3:2 hesablı qələbəsi ilə bitib.
Matça start heyətdə başlayan Şeydayev 29-cu dəqiqədə vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Buriram Yunayted" daha əvvəl yerli "Utay Tani" komandasını məğlub edib - 2:1.