Qelebə.az / "Milan" futbolçusunu İspaniya klubuna icarəyə verib

"Milan" futbolçusunu İspaniya klubuna icarəyə verib

26-07-2023, 11:27

İtaliyanın "Milan" klubunun futbolçusu Matteo Qabbiya karyerasını İspaniyada davam etdirəcək.

"Report" xəbər verir ki, 24 yaşlı müdafiəçi "Vilyarreal"a icarəyə verilib.

Onun müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, "Milan"ın yetirməsi olan oyunçu ötən mövsüm 17 oyuna çıxıb və 1 qolla yadda qalıb.

Geri qayıt