ABŞ-ın Milli Hokkey Liqasında çıxış edən "Çikaqo" klubunun sahibi Roki Virts dünyasını dəyişib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, funksioner 70 yaşında qəfildən vəfat edib.
Qeyd edək ki, Virts ailəsi 1964-cü ildən "Çikaqo"nun sahibidir. Roki Virts isə 2007-ci ildən kluba rəhbərlik edib.