Qelebə.az / Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

25-09-2022, 12:18

Avstraliyanın Vollonqonq şəhərində şose velosipedi üzrə dünya çempionatı başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, 266,9 km məsafəyə qrup yarışında belçikalı Remko Evenepul bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib.

Çempiondan 2 dəqiqə, 21 saniyə geri qalan fransalı Kristof Laport gümüş, avstraliyalı Maykl Metyus bürünc medala sahib çıxıb.

Geri qayıt