Qelebə.az / Azərbaycan klubu ispaniyalı futbolçunu transfer edib

Azərbaycan klubu ispaniyalı futbolçunu transfer edib

24-07-2023, 21:00

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, Tovuz təmsilçisi İspaniyanın "Sportinq Xixon" komandasının yetirməsi olan yarımmüdafiəçi Alexandro Qarsiya Serranonu transfer edib.

28 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serrano karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya", "Qurnik" (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.

Geri qayıt