Qelebə.az / Azərbaycanın kata və kumiteçiləri Yaponiyada 5 qızıl və 1 gümüş medal qazanıblar

Azərbaycanın kata və kumiteçiləri Yaponiyada 5 qızıl və 1 gümüş medal qazanıblar

23-07-2023, 21:22

Azərbaycanın kata və kumite üzrə idmançıları Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq turnirdə 5 qızıl və 1 gümüş medal qazanıblar.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə tviterdə bildirib.

“22-23 iyul tarixlərində Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq yarışlarda Azərbaycan Koşiki Karate-do Federasiyasının idmançıları kata və kumite üzrə 5 qızıl və 1 gümüş medal qazanıblar.

Çempionlarımız Sevinc, Nazim və Kənanı və Azərbaycan Koşiki Karate-do Federasiyasını təbrik edirəm!”, - o qeyd edib.

Great news!
Athletes from Koshiki Karate-do Federation got 5 gold medals and 1 silver in KATA and Kumite at international competitions in Okinawa, , on July, 22-23.
My congratulations to our Champions Sevinj, Nazim and Kanan, and Azerbaijan Koshiki Karate-do Federation! pic.twitter.com/FFz1VVAYZf

— Adnan Ahmadzada (@AdnanAhmadzada) July 23, 2023
Geri qayıt