Qelebə.az / “Araz-Naxçıvan” toplanışın ikinci mərhələsini Qəbələdə keçəcək

“Araz-Naxçıvan” toplanışın ikinci mərhələsini Qəbələdə keçəcək

21-07-2023, 17:45

“Araz-Naxçıvan” təlim-məşq toplanışının ikinci mərhələsini Qəbələdə keçəcək.

Klubdan “Report”a verilən məlumata görə, hazırlığın birinci mərhələsini Bakıda reallaşdıran Premyer Liqa komandası iyulun 22-də Qəbələyə yollanacaq.

Komanda iyulun 30-dək oradakı “Gilan” hoteldə məskunlaşacaq. Azər Bağırovun yetirmələri bu müddətdə bir yoxlama görüşündə qüvvəsini sınayacaq.

Lakin rəqibin kimliyi və matçın keçirilmə tarixi hələ bəlli deyil.

Geri qayıt