Qelebə.az / "Araz-Naxçıvan" bosniyalı yarımmüdafiəçini transfer edib

"Araz-Naxçıvan" bosniyalı yarımmüdafiəçini transfer edib

21-07-2023, 15:35

"Araz-Naxçıvan" klubu növbəti futbolçu transferini həll edib.

Naxçıvan təmsilçisindən "QELEBE.AZ"a verilən məlumata görə, bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb.

27 yaşlı oyunçunun sözləşməsinin müddəti 1 illikdir.

Qeyd edək ki, Miço Kuzmanoviç ötən mövsüm "Tuzla Siti"nin formasını geyinib.

Geri qayıt