Qelebə.az / Fransa klubu məşhur futbolçusu ilə yollarını ayırıb

Fransa klubu məşhur futbolçusu ilə yollarını ayırıb

21-07-2023, 16:20

Fransa millisinin sabiq futbolçusu Dimitri Payet "Marsel" klubundan ayrılıb.

"Report" xəbər verir ki, 36 yaşlı vinger bu barədə mətbuat konfransında bildirib.

Təcrübəli oyunçunun ötən mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, 2013 - 2015-ci illərdə "Marsel"də çıxış etmiş Dimitri Payet 2017-ci ildə Liqa 1 təmsilçisinə qayıdıb.

Geri qayıt