Qelebə.az / Konfrans Liqası: Azərbaycan klublarının səfər oyunları fərqli günlərdə olacaq - YENİLƏNİB

Konfrans Liqası: Azərbaycan klublarının səfər oyunları fərqli günlərdə olacaq - YENİLƏNİB

21-07-2023, 15:12

Azərbaycan klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.

“QELEBE.AZ”un məlumatına görə, UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb.

Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Neftçi” isə bir gün sonra – iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.

Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcək.

15:02

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la səfər oyununun vaxtı açıqlanıb.

“QELEBE.AZ”un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, cütün ilk qarşılaşması iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.

Qeyd edək ki, bu komandalar arasında avqustun 3-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.

Geri qayıt