Qelebə.az / “Qarabağ”ın “Rakuv”la Bakıdakı matçının vaxtı açıqlanıb

“Qarabağ”ın “Rakuv”la Bakıdakı matçının vaxtı açıqlanıb

20-07-2023, 13:26

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa klubu “Rakuv”la cavab oyununun vaxtı müəyyənləşib.

“Report”un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar avqustun 2-də növbəti raundun iştirakçısını müəyyənləşdirəcəklər.

Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada olacaq.

Geri qayıt