Qelebə.az / Dünya Qadın Seriyası: "Neftçi" bu gün 1/4 finalda Kanada millisi ilə üz-üzə gələcək

Dünya Qadın Seriyası: "Neftçi" bu gün 1/4 finalda Kanada millisi ilə üz-üzə gələcək

20-07-2023, 09:21

3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.

"Report"un məlumatına görə, "ağ-qaralar" Kanada millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:25-də başlayacaq.

Qeyd edək ki, Paytaxt təmsilçisi C qrupunda Fransa yığmasına 12:16 hesabı ilə uduzub, Polşa seçməsini isə məğlub edib. "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.

Geri qayıt