Qelebə.az / Dünya Qadın Seriyası: "Neftçi" Bordo mərhələsində 1/4 finala yüksəlib

Dünya Qadın Seriyası: "Neftçi" Bordo mərhələsində 1/4 finala yüksəlib

19-07-2023, 23:59

3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində 1/4 finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, "ağ-qaralar" C qrupunda ilk olaraq Fransa millisinə 12:16 hesabı ilə məğlub olsa da, Polşa seçməsinə qalib gələrək (14:13) mərhələ adlayıb.

Azərbaycan təmsilçisi bu raundda Kanada kollektivi ilə görüşəcək, qarşılaşma iyulun 20-də baş tutacaq.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.

Geri qayıt