Qelebə.az / “Zirə” portuqaliyalı qapıçını transfer edib

“Zirə” portuqaliyalı qapıçını transfer edib

19-07-2023, 21:35

“Zirə” yeni əcnəbi futbolçunu transfer edib.

Klubdan “QELEBE.AZ”a verilən məlumata görə, portuqaliyalı qapıçı Tiaqo Silva qəsəbə təmsilçisinin heyətinə cəlb olunub.

23 yaşlı qolkiper yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Tiaqo Silva daha əvvəl ölkəsinin “Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının şərəfini qoruyub.

Geri qayıt