Qelebə.az / Avropa çempionatı: Azərbaycanın basketbol yığması ilk matçda məğlub olub

Avropa çempionatı: Azərbaycanın basketbol yığması ilk matçda məğlub olub

19-07-2023, 19:11

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Kosovanın paytaxtı Priştinadakı Avropa çempionatında ilk oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, yığma C divizionunun B qrupunda Kipr kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 51:65.

Milli növbəti matçını iyulun 21-də Ermənistana qarşı keçirəcək.

Geri qayıt