Qelebə.az / “Jirona”nın futbolçusunun “Barselona”ya keçidi rəsmiləşib

“Jirona”nın futbolçusunun “Barselona”ya keçidi rəsmiləşib

19-07-2023, 11:50

“Jirona”nın futbolçusu Oriol Romeunun “Barselona”ya keçidi rəsmiləşib.

QELEBE.AZ saytının məlumatına görə, bunu Kataloniya klubu açıqlayıb.

31 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Onun anlaşmasında sərbəstqalma məbləği 400 milyon avro göstərilib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Romeu karyerası ərzində “Valensiya”, “Ştutqart”, “Sauthempton”, “Çelsi”də forma geyinib.

Geri qayıt