Qelebə.az / Azərbaycanın futbol çempionatlarında gümüş və bürünc mükafat olmayacaq

Azərbaycanın futbol çempionatlarında gümüş və bürünc mükafat olmayacaq

18-07-2023, 15:50

Azərbaycan çempionatının I, II liqasında və əvəzedicilərində ikinci və üçüncü yeri tutan komandalara medallar verilməyəcək.

“QELEBE.AZ”un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2023/2024 mövsümündə adıçəkilən liqalarda 2-3-cü yerləri tutanlar gümüş və bürünc mükafat almayacaqlar. Yalnız mövsümü çempion kimi başa vuran komanda qızıl medala sahib çıxacaq.

Geri qayıt